Türkiyədə koronavirusdan sağalanların sayı 100 mini ötdü - STATİSTİKA

Türkiyədə koronavirusdan sağalanların sayı 100 mini ötdü - STATİSTİKA
DÜNYA
20:41 13.05.2020
1235
Türkiyədə ötən sutka koronavirusdan daha 58 nəfər ölüb.
 
Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 3 952 nəfərə çatıb.

Bundan başqa, son 24 saatda ölkədə 1 639 yoluxma qeydə alınıb və beləliklə, infeksiya daşıyıcılarının sayı 143 114 nəfərə çatıb.

Habelə bir gündə koronavirusa yoluxmuş 2 826 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Bununla da infeksiyadan sağalanların sayı 101 715 nəfərə çatıb. 
OXŞAR XƏBƏRLƏR