Türkiyədə körpələrə səhvən COVID peyvəndi vuruldu - VİDEO

MARAQLI
12:19 24.09.2021
809
Türkiyədə azyaşlılara səhvən koronavirusa qarşı peyvənd vurulub.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bunu İzmirdəki Egey Universitetinin professoru, həkim Zəfər Qurugöl bəyan edib.

O bildirib ki, uşaqlara hepatit B peyvəndi əvəzinə COVID vaksini vurulub.

Onun sözlərinə görə, belə hallar bütün yaş qruplarından olan, o cümlədən də bir yaşdan aşağı körpələ bağlı baş verib.

Həkim azyaşlılara yüksək dozada koronavirus peyvəndi vurulmasına baxmayaraq, onlardan heç birində hər hansı yan təsirin müşahidə edilmədiyini bildirib.

Türkiyə Səhiyyə Nazirliyindən mövcud faktlarla bağlı araşdırmalara başlandığı qeyd edilib.
 

OXŞAR XƏBƏRLƏR