Türkiyədə kürd qurumlarının 103 üzvü həbs olundu

Türkiyədə kürd qurumlarının 103 üzvü həbs olundu
Bütün Xəbərlər
10:00 10.12.2012
732
Türkiyə polisi kürdlərin sıx məskunlaşdığı Siirt, Mardin və Batman vilayətlərində reydlər keçirib. "Barış və Demokratiya Partiyası"nın, kürd qeyri-hökumət təşkilatlarının və yerli bələdiyyələrin ofislərinə edilən reydlərdə ümumilikdə 103 nəfər həbs olunub. Onların arasında Siirt valisi Səlim Sedak, BDP-nin şəhər şurasının üzvləri və digər rəsmilər var. Həbs olunanlar PKKya bağlı KCK təşkilatı ilə əlaqələrinin olmasında şübhəli bilinirlər. Mardin vilayətində BDP partiyasının ofisindəki kompüterlər və sənədlər müsadirə edilib. Siirt vilayətində isə vali Səlim Sedakın evində axtarış aparılıb.
OXŞAR XƏBƏRLƏR