Türkiyədə ölən azərbaycanlı tələbənin valideyni danışdı - VİDEO

Türkiyədə ölən azərbaycanlı tələbənin valideyni danışdı - VİDEO
Bütün Xəbərlər
10:32 28.09.2014
4536
Türkiyədə həlak olan azərbaycanlı tələbələrin cənazəsi bir neçə dəqiqə əvvəl Bakıya gətirilib.
Türkiyədə ötən gün avtomobil qəzasında ölən azərbaycanlı tələbələrin cənazələri bu gün səhər saatlarında Uşak şəhərinin icra hakimiyyəti və Uşak Universitetinin rəhbərliyi tərəfindən Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna təhvil verilib. Lazımi sənədləşmələr aparıldıqdan sonra cənazələr İstanbul-Atatürk hava limanına gətirilib.
Daha sonra cənazələr İstanbuldakı Baş Konsulluğumuzun rəsmilərinin və ölən tələbələrin yaxınlarının iştirakı ilə təyyarə ilə Azərbaycana yola salınıb.
Uşak Universitetinin rektor müavini Aladdin Aktaş cənazələri təhvil vermək üçün gecə yola düşdüklərini, səhər saatlarında Baş Konsulluğa çatdıqlarını dedi. O üç tələbənin ölümü ilə əlaqədar Azərbaycan xalqına baş sağlığı verdi.
Qəzada ölən gənclərin doğmaları isə hələ də faciənin şokunu yaşayır. Qəzada ölən tələbənin valideyni Tağı Mirzəyev tələbələrinin hamısının dost olduğunu dedi. O, valideynlərə səbr dilədi.
Xatırladaq ki, ötən gün səhər saatlarında Uşak şəhəri yaxınlığında içərisində azərbaycanlı tələbələrin olduğu avtomobil qəzaya düşüb. Avtomobilin içərisində olan 6 nəfərdən üçü - Anar Musayev, Ülvi Sadıqov və Elvin Hüseynov dünyasını dəyişib. Digər üç nəfər Əli Kərimli, Mayis Həsənov və Muğdat Talıblı isə yaralanıb. Onların vəziyyəti orta qənaətbəxş sayılır.
OXŞAR XƏBƏRLƏR