Türkiyədə mağazaya silahlı hücum: 1 ölü, 3 yaralı

Türkiyədə mağazaya silahlı hücum: 1 ölü, 3 yaralı
DÜNYA
15:06 18.04.2025
471
Geyim mağazasına silahlı basqın nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Van bölgəsində baş verib.
 
Hadisə yerli saatla 12:00 radələrində baş verib. Daxil olan məlumata görə, iş yerinə borc məsələsi ilə bağlı olan şəxslər gəlib. Tərəflər arasında mübahisə qısa zamanda silahlı hücuma çevrilib.
 
Atəş açılması nəticəsində 4 nəfər güllələnib. Yaralılardan biri hadisə yerində həyatını itirib, 3 nəfər təcili yardım qruplarının müdaxiləsindən sonra xəstəxanaya aparılıb.
 
Oksana
OXŞAR XƏBƏRLƏR