Türkiyədə “Məşədi İbad sayağı” əhvalat - Azərbaycanlı qadınla evləndi, 10 gün sonra 

Türkiyədə “Məşədi İbad sayağı” əhvalat - Azərbaycanlı qadınla evləndi, 10 gün sonra 
TOP4
20:30 11.08.2018
11502
Türkiyənin Manisa bölgəsinin Gördes qəsəbəsinin sakini K.G.-nin başına "O olmasın, bu olsun" filminin süjetini xatırladan əhvalat gəlib.

AZXEBER.COM virtualaz.org-a istinadən xəbər verir ki, qəsəbə sakini A.R.T (44 yaşında) qohumu K.G.-ni Azərbaycan vətəndaşı olan qadınla tanış edib. Daha sonra o, qohumundan "tanışlıq haqqı" kimi 4 min lirə alıb.
Azərbaycanlı qadınla evlənən və 10 gün birlikdə yaşayan K.G. çox keçmədən sürprizlə qarşılaşıb. Qadın Azərbaycana geri dönüb və nəticədə onun qohumuna verdiyi pul batıb. A.G. qohumundan şikayət edib. Manisa bölgə Jandarma Komandanlığı tərəfindən dələduzluq şübhəsi ilə saxlanılan A.R.T. daha sonra sərbət buraxılıb.

OXŞAR XƏBƏRLƏR