Türkiyədə müşahidə olunan soyuq hava Azərbaycana gələcək - Xəbərdarlıq

Türkiyədə müşahidə olunan soyuq hava Azərbaycana gələcək - Xəbərdarlıq
SOSİAL
12:40 10.01.2017
1318

 

"Türkiyədə, Rusiyanın Avropa hissəsində, Şərqi-Avropada müşahidə olunan soyuq havanın yaxın 1 həftə ərzində Azərbaycanda gəlmə ehtimalı var". 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya bildirib ki, Atlantik okeanından gələn mülayim dəniz  və şimaldan gələn mülayim-kontinental hava kütlələrinin qarşılaşması Türkiyədə, Rusiyanın Avropa hissəsində, Şərqi-Avropada güclü qarların yağmasına səbəb olub. Onun sözlərinə görə, bu, mülayim kontinental hava kütlələrinin daha uzun müddətli hakim olmasının nəticəsidir: "Azərbaycanda isə atmosfer təzyiqi 750-755 millimetr civə sütunu civarındadır. Təzyiq get-gedə aşağı düşür və belə olduqda soyuq hava kütlələri Azərbaycana gələcək. Lakin ölkəmizə gələnə qədər onlar təsirini müəyyən qədər itirəcək. Çünki həmin hava kütlələri tərkibində olan qar, yağış buludlarının xeyli hissəsini itirərək gələcək. Məsələn, Türkiyədə, Rusiyanın Avropa hissəsindəki qar bizdə olmayacaq. Havanın temperaturu 3-5 dərəcə aşağı düşəcək və iqlim normasına uyğun olacaq”.
 
M.Həsənov vurğulayıb ki, ötən il yağıntının miqdarı bütün ölkə üzrə çoxillik normadan yüksək olub. Onun sözlərinə görə, temperatur həddi isə iqlim normasından 1 dərəcə aşağı müşahidə edilib: "Aylar üzrə götürdükdə isə sentyabr, oktyabr, noyabr aylarında daha çox fərq hiss olunub. Yağıntıların miqdarında yazda bir qədər çoxluq müşahidə edilib. Payız fəslində fərq daha kəskin şəkildə özünü büruzə verib. Son 25 ildə yağıntının belə çox olması qeydə alınmayıb. Yağıntıların çox olması nəticəsində 2016-cı il daha rütubətli il olub”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb