Polis tərəfindən həyata keçirilən istintaq çərçivəsində 24 iyun tarixində Türkiyədə Amasya mərkəzli olmaqla Merzifon və Suluova rayonları ilə yanaşı Ankara şəhərində də eyni vaxtda əməliyyat keçirilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat zamanı küçə satıcısı olduqları ehtimal edilən 16 şübhəli saxlanılıb.
Onlara məxsus 21 yaşayış ünvanı, 1 iş yeri və 14 avtomobildə aparılan axtarışlar zamanı 314 ədəd sintetik həblər, 76,82 qram bonzai maddəsi hopdurulmuş tütün, 41,31 qram metamfetamin, 2,74 qram marixuana, 9 ədəd narkotik istifadəsi üçün aparat (payp), 1 ədəd dəqiq tərəzi, 1 ədəd qeyri-qanuni tapança, 85 ədəd 9 mm-lik dolu güllə, 2 ədəd qeyri-qanuni ov tüfəngi və 1 ədəd start tapançası ələ keçirilib.
İstintaq çərçivəsində axtarılan 3 nəfərin isə artıq həbsdə olduğu müəyyən edilib. Təhlükəsizlikdəki prosedurlardan sonra məhkəməyə çıxarılan 16 nəfərdən 13-ü həbs edilib, 3 nəfər isə məhkəmənin qərarı ilə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Oksana