Türkiyədə nəhəng tender saxtakarlığı: Bələdiyyə sədri və oğlu tutuldular

Türkiyədə nəhəng tender saxtakarlığı: Bələdiyyə sədri və oğlu tutuldular
DÜNYA
14:14 24.10.2026
200
Türkiyədə dövlət tenderlərində ehtimal edilən saxtakarlıq işi üzrə aparılan istintaq çərçivəsində Muğla bölgəsinin Milas bələdiyyəsinin sədri Fevzi Topuz və onun oğlu Doruk Topuz da daxil olmaqla ümumilikdə 18 nəfər həbs edilib.

AZXEBER.COM "Oxu.Az”a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumatlar yayılıb.

Qeyd olunur ki, sözügedən araşdırmalar ölkənin 13 vilayətini əhatə edir. İstintaq materiallarına əsasən, 35 tenderə aid sənədlər dəyişdirilib və ya saxtalaşdırılıb.

Bu qeyri-qanuni və saxta müqavilələrin ümumi dəyərinin 52 milyon dollar olduğu ehtimal edilir.
OXŞAR XƏBƏRLƏR