Türkiyədə növbəti qaz kəməri partlayışı: 25 yaralı

DÜNYA
08:08 19.10.2012
1425
Türkiyədə BOTAŞ-a aid təbii qaz kəmərinin Ağrı vilayətinin Eleşkirt rayonu ilə Ərzurumun Xorasan rayonu arasından keçən hissəsində partlayış baş verib. Faktla bağlı məlumat verən Ağrı valisi Mehmet Tekinarslan partlayış nəticəsində 25 hərbçinin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara çatdırıldığını deyib. Hadisənin, qaz kəmərinin yanından hərbi avtomobilin keçdiyi vaxt meydana gəldiyini deyən Tekinarslan vəziyyəti ağır olan bir əsgərin Ərzurum xəstəxanasına aparıldığını bildirib.

OXŞAR XƏBƏRLƏR