Türkiyədə oxumaq istəyən azərbaycanlıların sayı kəskin azalıb

SOSİAL
17:02 27.07.2016
2011
Türkiyədə son aylarda baş verən hadisələrdən sonra bu ölkədə oxumaq istəyən azərbaycanlıların sayı kəskin azalıb. 
Bu haqda AZXEBER.COM-a xaricdə təhsil şirkətlərinin birindən məlumat verilib.
Məlumata görə, bu il abituriyentlər daha çox Rusiya, Ukrayna, Gürcüstanda oxumaq üçün müraciət edib.
Türkiyədə oxumaq istəməməyə səbəb isə ölkədə baş verən çevrilişə cəhd, terror aktları, universitetlərin bağlanması, kütləvi həbslər və digər siyasi hadisələrdir. Məlumata görə, bu il hər on abituriyentdən cəmi 2-3-ü xarici ölkələrdən Türkiyəni seçir.
OXŞAR XƏBƏRLƏR