Türkiyədə partlayış: 3 ölü, 20 yaralı

Türkiyədə partlayış: 3 ölü, 20 yaralı
Bütün Xəbərlər
11:30 30.10.2011
1453
Türkiyənin Bingöl vilayətində hakim "Ədalət və İnkişaf" Partiyasının binası yaxınlığında partlayış baş verib. Vanda təbii fəlakət bölgəsində olan Türkiyənin daxili işlər naziri Naim Şahinin bildirdiyinə görə, partlayış nəticəsində 3 nəfər ölüb, 20 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Partlayışın təsirindən yaxınlıqdakı binaların şüşələri qırılıb.
OXŞAR XƏBƏRLƏR