Bölgədə xüsusi əməliyyat keçirilir.
Türkiyənin Şırnak vilayətində polislərə silahlı hücum olub.
Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı iki hüquq-mühafizə orqanlarının əməkdaşı ölüb, daha beşi isə yaralanıb.
Hücumun PKK döyüşçüləri tərəfindən həyata keçirildiyi bildirilir.
Terrorçuların tutulması üçün bölgədə xüsusi əməliyyat keçirilir.