İŞİD-ın Türkiyə Suriya sərhəddindəki Kobaniyə hücumu nəticəsində Türkiyəni iğtişaşlar bürüyüb. AZXEBER.COM-un məlumatına görə, İŞID hücumlarının əleyhinə bir necə şəhərdə etiraz aksiyaları olub. Ötən gün ölkənin bir necə iri şəhərində toqquşmalar baş verib. Ən son məlumatlara görə, iğtişaşlar nəticəsində 14 nəfər ölüb.Rəsmi məlumata görə, Diyarbakırda 8, Siirtdə 2, Mardində 2, Muş və Batmanda 1 nəfər ölüb. Yüzlərlə insan yaralanıb. Onların arasında 31 polis əməkdaşı da var.Türkiyənin 6 əyalətində - Diyarbakır, Mardin, Siirt, Muş, Van və Batman əyalətində komendant saatı elan edilib. Diyarbakır, Hakkari, Van və Batmanda tədrisə bir günlük fasilə verilib.Etirazçılar atatürkün heykəlinə od vurub, dövlət binalarını daş atəşinə tutublar. Polis etirazçıların qarşısını almaq üçün gözyaşardıcı qazdan,su şırnaqlarından istifadə edib.Peşmərgənin yaydığı son məlumata görə, İŞİD-ın Kobani istiqamətində irəliləyişi yavaşlayıb. Koalisiya ölkələrin hava hücumları nəticə göstərməyə başlayıb.