Türkiyədə Qara dəniz sahilində PUA aşkarlandı

Türkiyədə Qara dəniz sahilində PUA aşkarlandı
DÜNYA
10:58 05.07.2026
425
Türkiyədə Zonquldağda Qara dəniz sahilində pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.

Bu barədə "İhlas” agentliyi məlumat yayıb.

Polis PUA-nın aşkarlandığı Çaycuma rayonunun Filyos qəsəbəsində Qara dəniz sahilində genişmiqyaslı təhlükəsizlik tədbirləri görüb.

Hərbi təyinatlı olduğu ehtimal edilən PUA ilə əlaqədar aparılacaq texniki ekspertizadan sonra rəsmi açıqlama veriləcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR