Türkiyədə Yaşlılara Baxım və Reabilitasiya Mərkəzinin camaşırxanasında yanğın baş verib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Samsun bölgəsində baş verib.
Hadisə nəticəsində sağlamlıq qrupları və yanğınsöndürənlər əraziyə cəlb olunublar.
Bir saat ərzində yanğın söndürülüb. Qocalar evində qalan 85 nəfər tüstü səbəbindən ehtiyat tədbiri olaraq təxliyə edilib.
Heç bir can itkisi olmayıb. Yanğının paltar qurutma maşınından çıxdığı ehtimal olunub.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Oksana