Türkiyədə quldur dəstənin üzvləri ələ keçdi: Aralarında azərbaycanlılar da var

Türkiyədə quldur dəstənin üzvləri ələ keçdi: Aralarında azərbaycanlılar da var
DÜNYA
13:36 31.01.2020
3184

Türkiyənin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi İstanbulda əməliyyat keçirib. 

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı 16 nəfər ələ keçib. Onların İstanbulda müxtəlif cinayətlər törətdiyi və Rusiya ilə bağlı olduğu bildirilib.

Qrup üzvlərindən biri rusiyalı, üçü ukraynalı, dördü gürcü, səkkizi isə azərbaycanlıdır. 

Aparılan axtarışlar zamanı onlardan 11 tapança, tüfəng və 222 sursat ələ keçirilib.

OXŞAR XƏBƏRLƏR