Türkiyədə Ramil Həsənlə Dövlət Bağçalı arasında mühüm görüş - Foto

Türkiyədə Ramil Həsənlə Dövlət Bağçalı arasında mühüm görüş - Foto
SİYASƏT
20:59 26.10.2026
240
Oktyabrın 26-da Türkiyəyə rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsən Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri, hakim Cumhur İttifaqının tərəfdaşı Dövlət Bağçalı ilə görüşüb.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, görüşdə qardaş türk dövlətləri arasında çoxtərəfli münasibətlərin inkişafı, Azərbaycan və Türkiyə arasında mövcud olan sarsılmaz dostluq və qardaşlıq əlaqələri, bu istiqamətdə indiyədək atılmış mühüm və tarixi addımlar, eləcə də gələcək əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müstəqil və güclü siyasətə sahib Azərbaycan və Türkiyənin türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsində və türk dünyasının birliyinin möhkəmləndirilməsində aparıcı rol oynadığı, digər qardaş dövlətlər üçün nümunə və ilham mənbəyi olduğu vurğulanıb. Qarabağ Zəfərinin baş memarı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən güclü dövlətçilik siyasətinin Türkiyə tərəfindən hərtərəfli dəstəkləndiyi qeyd edilib.

Görüş zamanı TÜRKPA-nın 15-ci plenar iclasının uğurla başa çatması və Assambleyanın 2027-ci il üçün nəzərdə tutulan fəaliyyət istiqamətləri də müzakirə olunub. Türk dövlətlərinin birliyinin möhkəmləndirilməsində mühüm platforma olan TÜRKPA-nın parlament diplomatiyası vasitəsilə həyata keçirəcəyi təşəbbüslər, qardaş dövlətlər arasında sıx əməkdaşlığın daha da inkişaf etdirilməsi və birgə layihələrin reallaşdırılması məsələlərinə xüsusi diqqət yetirilib.

Dövlət Bağçalı öz növbəsində, qardaş Azərbaycana və bütövlükdə türk dünyasına dəstəyini bir daha ifadə edib. O, Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafının vacibliyini vurğulayaraq, hər iki dövlətin müstəqil, güclü və qüdrətli ölkələr kimi inkişafının davam etdirməsinin bütün türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını və digər qardaş dövlətlər üçün örnək olduğunu bildirib.

TÜRKPA-nın baş katibi Ramil Həsən türk dünyasının birliyinin möhkəmləndirilməsinə verdiyi töhfələrə, Azərbaycan-Türkiyə qardaşlığının daha da gücləndirilməsinə göstərdiyi dəstəyə, eləcə də iki ölkənin dövlət başçıları tərəfindən həyata keçirilən strateji siyasətə verdiyi yüksək dəstəyə görə Dövlət Bağçalıya təşəkkürünü bildirib. Baş katib TÜRKPA-nın bundan sonra da qardaş dövlətlər arasında müstəqil, güclü siyasətin həyata keçirilməsində parlament diplomatiyasının imkanlarından səmərəli istifadə olunması və qanunvericilik sahəsində əməkdaşlığın daha da təkmilləşdirilməsi istiqamətində öz səylərini davam etdirəcəyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin TÜRKPA baş katibinin müavini Muhammet Alper Hayali iştirak edib.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ağ Evin növbəti mətbuat katibi olacağı bildirilən Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:47 26.10.2026
Ağ Evin növbəti mətbuat katibi olacağı bildirilən Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub - FOTOLAR
22:41 26.10.2026
Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub - FOTOLAR
Suriyanın İdlib vilayətində silah-sursat anbarında güclü partlayış olub
22:36 26.10.2026
Suriyanın İdlib vilayətində silah-sursat anbarında güclü partlayış olub
Səhvən üçünü də qalib elan etdilər - Foto
22:30 26.10.2026
Səhvən üçünü də qalib elan etdilər - Foto
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
22:23 26.10.2026
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Bakıda kütləvi dava - ANBAAN VİDEO
22:13 26.10.2026
Bakıda kütləvi dava - ANBAAN VİDEO
Xarkova hava zərbələri endirilib, ölənlər var
22:10 26.10.2026
Xarkova hava zərbələri endirilib, ölənlər var
Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə!
22:08 26.10.2026
Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə!
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTOLAR
22:02 26.10.2026
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTOLAR
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib - FOTOLAR
22:00 26.10.2026
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib - FOTOLAR
Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
21:59 26.10.2026
Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb
21:47 26.10.2026
Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb
Rövşən Nəcəf və Canni İnfantino U-15 dünya çempionatının oyunlarını izləyiblər
21:40 26.10.2026
Rövşən Nəcəf və Canni İnfantino U-15 dünya çempionatının oyunlarını izləyiblər
Moskvada hərbi obyektə hücum planlaşdırmaqda şübhəli bilinən iki qafqazlı həbs edildi
21:31 26.10.2026
Moskvada hərbi obyektə hücum planlaşdırmaqda şübhəli bilinən iki qafqazlı həbs edildi
Fransa “Rafale” qırıcılarını 10 Avropa ölkəsində yerləşdirməyi planlaşdırır
21:25 26.10.2026
Fransa “Rafale” qırıcılarını 10 Avropa ölkəsində yerləşdirməyi planlaşdırır
Rusiya Xarkovda yeganə ticarət mərkəzini vurdu
21:19 26.10.2026
Rusiya Xarkovda yeganə ticarət mərkəzini vurdu