Türkiyədə rəzalət: Ata 3 qızını zorlayıb, videoya çəkdi - ŞOK

DÜNYA
18:57 20.04.2012
17975
Türkiyənin Tokat vilayətində inanılmaz hadisə baş verib. Ata və ana iki qızına qarşı uzun illər ərzində cinsi zorakılıq edib. Məlumata görə, 16 yaşlı qızın müəllimi onun üzündəki xəsarətləri görüb və qızla söhbət edib. Qız onu hərbçi olan atasının döydüyünü deyib. Müəllim qızı dilə tutaraq hadisənin necə baş verdiyini öyrənib. Məktəbli deyib ki, neçə illərdir, atası və anası tərəfindən cinsi zorakılığa məruz qalır və bütün bunlar onun və digər bacısının döyülməsi ilə müşayiət olunur.  Qızın anlatdıqlarından şoka düşən müəllim vəziyyəti məktəb direktoruna izah edib və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Polis hərbçi olan V.B-nın evində axtarış aparıb. Axtarış vaxtı evdən V.B, onun həyat yoldaşı H.B və iki qızlarının iştirakı ilə çəkilmiş videolardan ibarət olan 100-ə yaxın seks diski tapılıb. Bundan başqa, evdən çoxlu sayda seks oyuncağı, mazoxizmi təbliğ edən jurnallar, xüsusi dəri paltarlar və.s da müsadirə olunub. Araşdırmalar nəticəsində məlum olub ki, ata və ana 19 yaşında olan böyük qızları ilə 6, 16 yaşlı kiçik qızla isə 3 ildir, mazoxist sekslə məşğul olur və baş verənlər daima lentə alınır. Bundan başqa, V.B-nın keçən il universitetə daxil olan böyük qızına aşiq olduğu da üzə çıxıb. O, qızına “həsrətinə dözə bilmirəm, qayıt” deyə mesaj göndərib. V.B qızını ali məktəbdə təhsilini yarımçıq buraxmağa məcbur edib. Qeyd edək ki, həm V.B, həm də H.B həbs ediliblər. V.B hərbçi olduğundan hərbi təcridxanaya salınıb. O, ilk məhkəmə iclasında qızını sadəcə döydüyünü deyib. Hakim “bəs o disk arxivini necə yaratmışdın”? sualı verdikdə isə V.B “özümü pis hiss edirəm” deyə cavab verməyib.

OXŞAR XƏBƏRLƏR