Türkiyənin əksər bölgələrinə yenidən sərt qış qayıdıb. Xüsusilə, Şərqi Anadolu bölgəsində güclü qar və çovğun həyatı iflic edib. Regionda qar ümumilikdə 975 kənd yolunun tamamilə bağlanmasına səbəb olub. Əsas yolların açılması üçün bələdiyyələr duz səpmə işlərinə başlayıb. Güclü qar və çovğuna Aralıq dənizi üzərindən gələnc alçaq cərəyanların Şərqi Anadoluya təsiri səbəb olub.