Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəfər xəsarət alıb

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəfər xəsarət alıb
DÜNYA
01:37 03.08.2026
186
Türkiyənin şimalındakı Samsun vilayətində sərnişin avtobusu qəzaya uğrayıb.

AZXEBER.COM "Haber Global"a istinadən xəbər verir ki, hadisəyə sürücünün idarəetməni itirməsi səbəb olub.

İdarəetmədən çıxan avtobus yol kənarına aşıb. Nəticədə 21 nəfər yaralanıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alanların vəziyyəti barədə məlumat paylaşılmayıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR