Qaziantepin Nurdağı rayonunda sərnişin mikroavtobusu ilə avtomobilin toqquşması nəticəsində 7 nəfər ölüb, 13 nəfər yaralanıb.
AZXEBER.COM "Haber Global"a istinadən xəbər verir ki, sərnişin mikroavtobusu Qaziantep-Osmaniyə yolunun Acaroba kəndi yaxınlığında avtomobillə toqquşaraq aşıb.
Qəza nəticəsində ilkin məlumata görə, 7 nəfər həyatını itirib, 13 nəfər yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıblar.











































