Yaponiyada 7 alma fantastik qiymətə satıldı

Yaponiyada 7 alma fantastik qiymətə satıldı
DÜNYA
14:35 13.11.2026
41
Yaponiyada qeyri-adi hərrac keçirilib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Nanae qəsəbəsində yetişdirilən xüsusi alma növü Hakodate şəhərində təşkil olunan ilin ilk hərracında satışa çıxarılıb.

"Nanamitsuki” markası altında təqdim olunan almaların 7-si 100 min yenə (təxminən 1 063 manat) alıcı tapıb. Beləliklə, ötən ilin qiymət rekordu yenidən təkrarlanıb.

Almaların sahibi olan topdansatış şirkətinin nümayəndəsi Yuji Sotozaki meyvələrin dadını bala bənzədərək onların çox ləzzətli olduğunu bildirib və alıcılara bu almaları mütləq dadmağı tövsiyə edib.

Shinhakodate Kənd Təsərrüfatı Kooperativinin açıqlamasına görə, bu il yetişdirilən almalar ötən illə müqayisədə daha iri və fiziki baxımdan daha yaxşı vəziyyətdədir. Ötən il tayfunlar məhsulun böyük hissəsinə zərər vurmuşdu.

Qeyd edək ki, Yaponiyada xüsusi üsullarla yetişdirilən yüksək keyfiyyətli meyvələr ilin müxtəlif dövrlərində hərraclara çıxarılır. Alıcılar yüksək qiymət təkliflərini reklam və tanıtım məqsədilə də istifadə edirlər.
 
Gülay
OXŞAR XƏBƏRLƏR