Türkiyədə son gün ərzində 47 nəfər koronavirusdan öldü - STATİSTİKA

Türkiyədə son gün ərzində 47 nəfər koronavirusdan öldü - STATİSTİKA
DÜNYA
20:15 10.05.2020
1136
Türkiyədə son 24 saatda daha 1 542 nəfər koronavirusa yoluxub.
 
Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, son gün ərzində ölkədə daha 47 nəfər koronavirusun qurbanı olub. 

Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 3 786 nəfərə çatıb. Pandemiya ərzində qonşu ölkədə COVID-19-a ümumilikdə 138 657 nəfər yoluxub.
OXŞAR XƏBƏRLƏR