Türkiyədə Şuşayla bağlı konfrans

Türkiyədə Şuşayla bağlı konfrans
Bütün Xəbərlər
10:03 08.05.2012
1194
Azərbaycanın Türkiyədəki səfirliyi bazar ertəsi günü Anadolu Agentliyinin mərkəzi binasının konfrans salonunda Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 20-ci ildönümü münasibətilə konfrans təşkil edib. Bunu Trend-ə Azərbaycanın Türkiyədəkı səfirliyin mətbuat katibi Elsevər Salmanov bildirib.Tədbirdə səfirliyimizin əməkdaşları, Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 20-ci ildönümü münasibətilə səfirliyimiz tərəfindən təşkil olunmuş tədbirlərdə iştirak etmək məqsədilə Ankarada səfərdə olan millət vəkili Qənirə Paşayeva, Türkiyənin müxtəlif informasiya qurumlarının nümayəndələri, çox sayda ictimaiyyət nümayəndələri, Ankarada təhsil alan tələbələr və Anadolu Agentliyinin əməkdaşları iştirak ediblər.Tədbir Şuşa haqqında hazırlanmış müfəssəl sənədli filmin nümayişi ilə başlayıb.Daha sonra çıxış etməsi üçün səfir Faiq Bağırov kürsüyə dəvət olunub. O, öz çıxışında Şuşamızın tarixi bir Azərbaycan şəhəri olmasından, ermənilərin tarixin müxtəlif zamanlarında müxtəlif dövlətlər tərəfindən regionumuza köçürülməsindən, hazırki Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqları üzərində qurulmasından, güclənən Azərbaycanın, Dağlıq Qarabağ probleminin həlli istiqamətində bu gün davam etdirdiyi diplomatiya yolunun ölkəmiz üçün yeganə seçim olmadığından və möhtərəm Prezidentimiz İlham Əliyevin "Biz bir qarış da öz torpaqlarımızdan güzəştə getməyəcəyik" sözlərinin gənclər üçün önəmli bir şüar olduğundan söz açıb.Ardından söz millət vəkili Qənirə Paşayevaya verilib. Qənirə xanım Paşayeva öz çıxışında işğal olunmuş Azərbaycan torpaqlarında, xüsusilə də Şuşada ermənilərin törətdikləri vəhşiliklərin və mədəni-tarixi-dini abidələrə qarşı erməni vandalizminin təkcə Azərbaycana qarşı yox, bütün dünya mədəniyyətinə qarşı həyata keçirildiyini qeyd edərək, dünya ictimaiyyətinin, xüsusilə də BMT kimi mötəbər beynəlxalq qurumların səssizliyindən bəhs etmişdir. O, həmçinin Türkiyə KİV-inin Azərbaycana qarşı yönəldilmiş ədalətsizliklər barəsində duyarsızlığından da söz açaraq bəsit və mənasız mövzular yerinə, mühüm həyati məsələlərin KİV-də daim aktual saxlanılmasının vacibliyini vurğulayıb.Tədbirin sonunda iştirakçılara, Şuşa ilə bağlı sənədli filmin CD-si, Şuşadakı tarixi abidələr haqqında jurnal və Qənirə xanım Paşayevanın müəllifi olduğu "Bağanis Ayrım" kitabı təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslərə burun əməliyyatı pulsuz oldu
13:45 03.04.2026
Bu şəxslərə burun əməliyyatı pulsuz oldu
Azərbaycanda qadınlar ən çox bu peşə təhsili sahələrini seçir - SİYAHI
13:42 03.04.2026
Azərbaycanda qadınlar ən çox bu peşə təhsili sahələrini seçir - SİYAHI
Hava ilə bağlı xəbərdarlıq: intensiv yağış yağacaq, güclü külək əsəcək
13:21 03.04.2026
Hava ilə bağlı xəbərdarlıq: intensiv yağış yağacaq, güclü külək əsəcək
Aprel döyüşlərinə həsr olunmuş “Zəfər yolu” adlı layihə təqdim edilib
13:08 03.04.2026
Aprel döyüşlərinə həsr olunmuş “Zəfər yolu” adlı layihə təqdim edilib
"Kızılcık şərbəti"ndən qovulan Doğukan bu serialda çəkilir
13:03 03.04.2026
"Kızılcık şərbəti"ndən qovulan Doğukan bu serialda çəkilir
Azərbaycanda deputat gizli görüşdə yaxalandı: Əri gələndə pəncərədən qaçdı
13:02 03.04.2026
Azərbaycanda deputat gizli görüşdə yaxalandı: Əri gələndə pəncərədən qaçdı
Kıvançın serialında tərəf müqabili böhranı - 3 aydır heç kimi bəyənmir
12:57 03.04.2026
Kıvançın serialında tərəf müqabili böhranı - 3 aydır heç kimi bəyənmir
“Çox deyirdiniz, it kimi küçükləyib, indi dincəldiniz?” - 6 uşağı zəhərlənən ata - VİDEO
12:53 03.04.2026
“Çox deyirdiniz, it kimi küçükləyib, indi dincəldiniz?” - 6 uşağı zəhərlənən ata - VİDEO
Ağciyər xərçənginə qarşı peyvənd hazırlandı - İnsanlar üzərində yoxlanılacaq
12:48 03.04.2026
Ağciyər xərçənginə qarşı peyvənd hazırlandı - İnsanlar üzərində yoxlanılacaq
Azərbaycana turist axını azalıb
12:40 03.04.2026
Azərbaycana turist axını azalıb
“80 yaşım var, işləmək istəmirəm” - Novruz Məmmədov
12:36 03.04.2026
“80 yaşım var, işləmək istəmirəm” - Novruz Məmmədov
"Survivor" Serenay bu azərbaycanlı ilə sevgilidir
12:34 03.04.2026
"Survivor" Serenay bu azərbaycanlı ilə sevgilidir
Hikmət Hacıyev: Azərbaycanda 2020-ci ildən bəri 400-dən çox şəxs mina qurbanı olub
12:12 03.04.2026
Hikmət Hacıyev: Azərbaycanda 2020-ci ildən bəri 400-dən çox şəxs mina qurbanı olub
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanıldı
11:58 03.04.2026
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanıldı
Pentaqonda gözlənilməz qərar: Daha iki general işdən çıxarıldı
11:47 03.04.2026
Pentaqonda gözlənilməz qərar: Daha iki general işdən çıxarıldı
Novruz Məmmədov işindən ayrıldı - SƏBƏB
11:42 03.04.2026
Novruz Məmmədov işindən ayrıldı - SƏBƏB