Türkiyənin Şanlıurfa vilayətinin Suruc rayonunda terror aktını həyata keçirən kamikadzenin kimliyi məlum olub.
"Report"un "Anadolu"ya istinadən xəbər verir ki, hadisə yerindən toplanan sübut və dəlillər araşdırılmaq üçün Ankaraya göndərilib.
Məhkəmə-tibbi ekspertizası da sübut və dəlilləri incələyərək həmin şəxsin Şeyx Əbdürrəhman Alagöz olduğu qənaətinə gəlib.
Xatırladaq ki, iyulun 20-də Suriya ilə sərhəddə yerləşən Suruç şəhər mədəniyyət mərkəzinin qarşısındakı kafedə terror aktı baş verib. Qanlı hadisə nəticəsində 32 nəfər həlak olub, 100-dən artıq insan yaralanıb. Terror aktı Mədəniyyət Mərkəzinin qarşısında Suriyanın İŞİDterrorqruplaşmasının hücumları nəticəsində dağıdılan və ziyan çəkən Kobani şəhərinə yardım göstərmək üçün oraya yola düşməyə hazırlaşan Türkiyə kürdlərinın toplaşdığı zaman həyata keçirilib.