Terror təşkilatı PKK/KCK-ya qarşı aparılan istintaqda 8 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat Ankara Respublika Prokurorluğu tərəfindən həyata keçirilib.
Ankara Respublika Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən PKK/KCK terror təşkilatına qarşı aparılan istintaq çərçivəsində Ankara sərhədləri daxilində təşkilati fəaliyyətdə iştirak etdikləri və sosial media vasitəsilə terror təşkilatının təbliğatını apardıqları təsbit edilən 8 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.
Şübhəlilərin tutulması üçün Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən eyni vaxtda əməliyyat başladılıb.
Oksana