Türkiyədə terror əməliyyatında 8 nəfər saxlanıldı

DÜNYA
10:45 12.02.2025
126
Terror təşkilatı PKK/KCK-ya qarşı aparılan istintaqda 8 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat Ankara Respublika Prokurorluğu tərəfindən həyata keçirilib.
 
Ankara Respublika Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən PKK/KCK terror təşkilatına qarşı aparılan istintaq çərçivəsində Ankara sərhədləri daxilində təşkilati fəaliyyətdə iştirak etdikləri və sosial media vasitəsilə terror təşkilatının təbliğatını apardıqları təsbit edilən 8 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.
 
Şübhəlilərin tutulması üçün Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən eyni vaxtda əməliyyat başladılıb.
 
Oksana

OXŞAR XƏBƏRLƏR