Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, yaralılar var

Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, yaralılar var
HADİSƏ
21:48 22.09.2024
439

Türkiyənin mərkəzi hissəsində Nevşehir şəhəri yaxınlığında turistləri daşıyan avtobus aşıb, nəticədə 18 nəfər xəsarət alıb.

AZXEBER.COM-un "Report”aistinadən verdiyi məlumata görə, xəsarət alanların 15-i turistdir.

Avtobus turistlər arasında məşhur olan Kapadokya bölgəsinin yaxınlığında yerləşən Nevşehirdən Antalya vilayətinin Alanya şəhərinə gedirmiş.

İlkin məlumata görə, sürücü idarəetməni itirib və nəticədə qəza baş verib.

Yaralılar xəstəxanalara çatdırılıb.
OXŞAR XƏBƏRLƏR