Yoldan çıxan yük maşını aşdıqdan sonra alovlanmağa başlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Sivas bölgəsində baş verib.
Məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxan yük maşınının mühərrik hissəsində başlayan yanğın qısa müddətdə bütün yük avtomobilini bürüyüb.
Yanğınsöndürənlərin müdaxiləsinə baxmayaraq, yük maşını tamamilə yanıb və yararsız hala düşüb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Oksana