Türkiyədəki soydaşımız İrəvan yürüşünə başlayır

Türkiyədəki soydaşımız İrəvan yürüşünə başlayır
Bütün Xəbərlər
20:26 15.11.2012
936
Türkiyədə yaşayan azərbaycanlı Qələndər Bayramlı Ermənistanın paytaxtı İrəvana yürüş etməyi qərara alıb. 59 yaşlı soydaşımız “İhlas” agentliyinə açıqlamasında səfərə noyabrın 21-də çıxacağını bildirib.2 övlad və 3 nəvə sahibi olan soydaşımız İrəvana Xocalı qətliamının 21-ci ildönümündə - gələn il fevralın 25-dən 26-a keçən gecə çatmaq niyyətindədir. O, artıq səfər hazırlıqlarına başladığını söyləyib: “Azərbaycandan alınan torpaqların geri qaytarılması üçün İrəvana mütləq gedəcəyəm. İrəvanda məni öldürməsələr, sağ qalsam, ayaqlarım tutana qədər gedəcəyəm, aldıqları torpaqları verənədək ermənilərə Ermənistanı dar edəcəyəm”.Bayramlı Ermənistana səfərin ona problem yaradacağını ehtimal etsə də, inadından dönməyəcək: “Çox çətin olacağını bilirəm. Amma özümə inandığım üçün bir problem yoxdur. Torpağım üçün ölməyə hazıram. İndiyədək heç bir xəbərdarlıq almamışam. Fərdi yürüş olduğu üçün buna qarşı çıxan olmayıb”.Soydaşımız deyib ki, İrəvana yürüş edəcəyi xəbəri yayıldıqdan sonra özü kimi düşünən çoxlu sayda insan ona birgə səfər üçün müraciət edib. Müraciətlərin sayı artıq 1300-ə çatıb. Lakin o, razı olmayıb: “Mənim yürüşüm fərdidir. Hər kəs Ermənistana fərdi etirazını bildirsə, daha yaxşı olar”.Bayramlı Ermənistanda öldürülməkdən qorxmadığını, əksinə, bu yolda öldürülməsinin böyük səs-küyə səbəb olacağını söyləyib. Onun sözlərinə görə, öldürülməsi önəmli deyil: “Xocalı qətliamının törədildiyi gün İrəvanda olacağam. Təki məni öldürsünlər. Bu yolda öldürülməyim dünyaya səs salacaq. Mənim ölməyim önəmli deyil. Guya Ermənistan dövlətindən pul almışam. Nəinki Ermənistandan, heç Azərbaycanın özündən bir qəpik də almamışam. Yürüşü öz imkanım hesabına həyata keçirəcəyəm”.Soydaşımız özü və ailəsi barədə də danışıb. O bildirib ki, Azərbaycanı çox sevdiyindən, övladlarına Azər və Baycan, nəvəsinə isə Gəncə adları verib. Bayramlı çalışdığı özəl şirkətdən yürüşə icazə verilmədiyi üçün işindən ayrıldığını açıqlayıb.Qeyd edək ki, Qələndər Bayramlı bu il Xocalı qətliamına diqqət çəkmək üçün martın 21-də Türkiyənin paytaxtı Ankaradakı Böyük Millət Məclisindən Azərbaycanadək 70 gün piyada yol qət edib.
//Lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
İraq Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlərdən azad edilib
21:04 04.04.2026
İraq Hörmüz boğazından keçidlə bağlı məhdudiyyətlərdən azad edilib