Türkiyədən Bakıya gətirilən kolbasalarda at-eşşək əti tapıldı

Türkiyədən Bakıya gətirilən kolbasalarda at-eşşək əti tapıldı
Bütün Xəbərlər
01:15 18.07.2015
1488

Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi bu ölkənin məşhur firmalarına məxsus ət məhsullarında at, eşşək və donuz əti aşkarlayıb.

Nazirliyin yaydığı açıqlamada deyilir ki, məhsullarında icazə verilməyən qatqılar aşkarlanmış şirkətlərin siyahısında bir çox ölkələrə, o cümlədən də Azərbaycana məhsul ixrac edən tanınmış firmaların adı var.

Virtualaz.org saytıTürkiyə mətbuatına istinadən xəbər verir ki, müayinələrin nəticələrinə görə, kolbasa və sosislərdə at və eşşək ətinə, ətçəkəndən keçirilmiş və dilimlənmiş ət qablaşdırmalarında isə donuz ətinə və piyinə rast gəlinib. Yağlı pendir və kərə yağlarında isə heyvan piyləri aşkarlanıb.

Məsələn,“Nazifoğlu” firmasınınistehsal etdiyi, 100 faiz dana əti olduğu iddia edilən kolbasalara at və eşşək əti qarışdırılıb.

“Çiftarslanlı” markasıadı istehsal olunan “Çiftarslanlı” ət və ət məhsullarına da at və eşşək əti vurulduğu aşkarlanıb.

“Elmalı çifliyi” markalıkərə yağlarının jelatin və heyvan yağları qarışdırıldığı bəlli olub.

“Akdeniz” və “Onurköy” əmtəə nişanlıqatıq və yoqurtlara bitki mənşəli yağlar və jelatin qatılıb.

“İlgaz yaylası”markalıtulum pendirinin tərkibinə nişasta vurulub.

“Bacanaklar Güldem Süt” firmasınınpendirinin tərkibinə günəbaxan yağı vurulub.

“Balderesi” markasıilə istehsal edilən süzmə çiçək balının tərkibində şəkər və qatqılar aşkarlanıb.

“Milenyum pide” markalıməhsullara donuz əti qatılıb.

Xatırladaq ki, bu firmaların məhsulları Bakının marketlərində də satılır.

OXŞAR XƏBƏRLƏR