Türkiyədən deportasiya olunan azərbaycanlı jurnalist Bakıya göndərilib

Türkiyədən deportasiya olunan azərbaycanlı jurnalist Bakıya göndərilib
MEDİA
15:54 19.04.2014
1702
Türkiyədən deportasiya olunan azərbaycanlı jurnalist Rauf Mirqədirov Azərbaycana yola salınıb. Bu barədə ANS PRESS-ə açıqlamasında “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı deyib. O bildirib ki, Raufun deportasiyası ilə bağlı heç bir səbəb göstərilməyib:"Raufun akkreditasiyasının ləğv olunması ilə bağlı aidiyyatı orqana müraciət olunsa da heç bir cavab verilməyib. Mən özüm 10 gündür ki, Türkiyə səfirinə məktub yazmışam. Raufun ayın 23-nə qədər vaxtı var idi. Dünən də ailəsi ilə bir yerdə Gürcüstan vasitəsi ilə Azərbaycana gələrkən yolda saxlanılıb. Raufu həbs ediblər, ailəsi isə gecənin yarısında yolda qalıb. Nə zəng etmək, nə də vəkil hüquqndan istifadə etməyə Raufa icazə vermir. Ailəsi ilə də görüşməyə icazə verilməyib. Onu Türkiyədən deportasiya edərkən söyləyiblər ki, barənizdə heç bir cinayət işi açılmayıb. Qeyd edilib ki, sadəcə olaraq yuxarıdan əmr verilib. Raufu 12 aylıq Türkiyəyə getmək hüququndan məhrum ediblər. Raufun özünü göndərirlər Bakıya, ancaq ailəsi Türkiyədə qalıb. Təxminən 1-2 saata Bakıda olmalıdır".Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin Türkiyə təmsilçisi, siyasi şərhçi Rauf Mirqədirov ötən gün Türkiyədən deportasiya edilib. Bir müddət əvvəl tanınmış jurnalistin Türkiyədə mətbuat təmsilçiliyi ləğv edilib. Ötən gecə isə Rauf Mirqədirov ailəsi ilə birlikdə avtobusla Türkiyəni tərk etmək istəyib. Lakin yola düşəndən 15 dəqiqə sonra avtobus saxladılıb, jurnalistə və ailə üzvlərinə qarşı kobudluq edilib. Heç bir səbəb göstərilmədən Rauf Mirqədirov avtobusdan endirilib.
OXŞAR XƏBƏRLƏR