Türkiyədən Fransaya cavab: 'Tarixi istismar edən o tarixin altında qalar'

Türkiyədən Fransaya cavab:
Bütün Xəbərlər
21:50 20.01.2012
1337
Fransa prezidenti Nikola Sarkozinin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana yazdığı məktuba Ankara sərt reaksiya  verib.AZXEBER.COM-un məlumatına görə, xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Sarkozi əvvəlcə öz tarixi, öz dəyərləri ilə üzləşməlidir.Nazir həmçinin deyib ki: "Bu qərar qəbul olunsa da, heç bir zaman yaşayacaq bir qərar olmayacaq" deyib və əlavə edib: "Bu qərar hər zaman Fransanın intellektual tarixində qara bir ləkə olaraq qalacaq. Bu qara ləkəni hər an onlara xatırladacağıq".Qeyd edək ki, Sarkozi məktubunda yanvarın 23-də Fransa Senatında müzakirə ediləcək saxta "erməni soyqırımı" iddialarının inkarının cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin Türkiyə-Fransa münasibətlərini pozmamalı olduğunu yazıb.
OXŞAR XƏBƏRLƏR