Türkiyədən Moskvaya uçan üç sərnişin təyyarəsi geri qayıdıb

Türkiyədən Moskvaya uçan üç sərnişin təyyarəsi geri qayıdıb
DÜNYA
04:23 13.10.2026
210
Türkiyədən Moskvaya uçan üç sərnişin təyyarəsi Rusiyanın Vnukovo hava limanında tətbiq edilən məhdudiyyətlər səbəbindən geri qayıtmaq məcburiyyətində qalıb.

Bu barədə TASS agentliyi hava hərəkətini idarəetmə xidmətlərindəki mənbəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, Türkiyənin İzmir, Antalya və İstanbul şəhərlərindən Moskvanın Vnukovo hava limanına uçan təyyarələr Litva hava məkanında istiqamətlərini dəyişərək geri dönüblər.

Mənbənin sözlərinə görə, təyyarələrin İstanbulun Sabiha Gökçen Beynəlxalq Hava Limanına eniş etməsi gözlənilir.

Qeyd edək ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya”) daha əvvəl Moskvanın Vnukovo hava limanında təyyarələrin qəbuluna və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb.

Qurum məhdudiyyətlərin uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunduğunu bildirib.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR