ANS PRESS-in Türkiyə XİN-in internet saytına istinadən verdiyi məlumata görə, nazirlik jurnalistlərin suallarını cavablandırıb.“Budapeştdə NATO-nun təlimi zamanı erməni zabit Qurgen Markaryanı öldürdüyü üçün ömürlük həbsə məhkum edilən və bu günlərdə Macarıstanın müvafiq strukturları tərəfindən Azərbaycana ekstradisiya edilən Ramil Səfərovun sonradan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv edilməsinə ABŞ-dakı erməni diasporunun etirazlarının Türkiyəyə yönəldilməsini heyrətlə izləyirik. Prosesin heç bir mərhələsinə müdaxilə etməyən Türkiyənin əsassız iddialarla hədəfə alınmasına yönəlmiş səylər hər zaman Türkiyə əleyhdarlığı yürütməyə alışmış pis niyyətli çevrələrin yeni qaralama kampaniyasından ibarətdir”, - açıqlamada deyilir.