İndiyədək 700 mindən (775 389 - red.) çox suriyalı Türkiyədən öz ölkəsinə qayıdıb.
Bu barədə Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
"Bu qayıdışın təhlükəsiz formada həyata keçirilməsi üçün Türkiyə ilə əməkdaşlığı davam etdiririk", - Suriyanın XİN rəhbəri bildirib.
O vurğulayıb ki, Suriya ilə Türkiyə regional təhlükəsizlik baxımından da əməkdaşlığı davam etdirir.
///axar.az











































