Türkiyənin Malatya şəhərində "Zalo” filminin çəkilişlərində iştirak edən Halil Kumovanın ölümündən sonra keçirilən COVID-19 testinin nəticəsi pozitiv çıxıb.
AZXEBER.COM "HaberTürk”ə istinadən xəbər verir ki, 64 yaşlı aktyorun koronavirus daşıyıcısı olduğu məlum olub. Bundan sonra çəkiliş iştirakçılarından da koronavirus testi götürülüb.
Onlardan 4 nəfərinin COVID-19 testinin nəticəsi pozitiv çıxıb.