Türkiyəli gəncə "İslahatçı Gənclər" İctimai Birliyində vəzifə verildi

GƏNCLİK
02:09 16.12.2015
2248
"İslahatçı Gənclər" İctimai Birliyində (İGİB) yeni təyinat olub. 
Təşkilatın mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, birlik sədrinin qərarı ilə İsmayıl Haqqı Şenər İGİB sədrinin Türkdilli ölkələrlə iş üzrə müşaviri təyin edilib. Yeni yaradılan müşavirliyin məqsədi "İslahatçı Gənclər" İctimai Birliyinin Türkdilli ölkələrin gənclər təşkilatları və bir sıra digər müvafiq qurumları ilə əməkdaşlıq əlaqlərini qurmaq, ortaq layihələr icra etməkdir.
İsmayıl Haqqı Şenər Türkiyənin Marmara Üniversitetinin hüquq fakültəsində təhsil alır.
Marmara Universiteti Tələbə Gənclər Təşkilatının İdarə heyətinin üzvü, Boğaziçi Universitetinin layihə koordinatoru, Sosial Gənclər Birliyinin qurucu sədri, İstanbul Böyükşəhər Bələdiyyəsi Gənclik Məclisinin universitet koordinatorluğu kimi əhəmiyyətli vəzifələrdə çalışan Şenər, eyni zamanda bir çox milli və beynəlxalq qeyri-hökumət təşkilatlarında layihə koordinatoru olaraq fəaliyyət göstərib.
Türkiyənin Səhiyyə idarəetməsi sahəsindəki ilk tələbə konqresinin rəhbəri vəzifəsində çalışan Şenər psixologiya, tibb, hüquq, mühəndislik kimi bir çox sahələrdə mühüm layihələr icra etməkdədir.

OXŞAR XƏBƏRLƏR