Türkiyə ordusunun generalı Mustafa Bakıcının fərarilik edərək Rusiyaya qaçdığı məlum olub.
"Milliyyət" qəzetinin xəbərinə görə, generalı məşhur "İnternet bəyannaməsi" işinə görə cinayət məsuliyyəinə cəlb ediləcəyi gözlənilirdi. Onun adı bu işdə kilid isim kimi keçirdi.
Bəyannəmənin hazırlandığı iddia edilən dairənin başçısı olan Bakıcı Silahlı Qüvvələrin Baş Qərargah informasiya mərkəzindəkikompüterlərin yaddaşının 35 dəfə geridönməzşəkildə silinməsinin təlimatını verməklə günahlandırılır.
Bakıcı ayrıcabəzisaytların bağlanılması əmrini verməkdə də təqsirləndirilir. O,istintaqaverdiyi ifadələrində iddiaları rədd edərək silmə əməliyyatının təkrarlanan bir əməliyyat olduğunu söyləyib.
Generalın Şimali İraq üzərindən Rusiyaya getdiyi müəyyən olunub.
Bakıcıfərarilik etməzdən əvvəl həyat yoldaşına Türk Silahlı Qüvvətlərindən (TSK) təqaüdə buraxılmasınıtələb edən bir ərizə verib. Qadınbu tələbipiyada qoşunları komandanlığına çatdırıb.