Müğənni Harun Kolçak reanimasiyaya yerləşdirilib.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən məlumatına görə, qəflətən halı pisləşən ifaçının çalışdığı şirkətdən verilən açıqlamada müğənninin əməliyyat olunduğu bildirilib:
"25-ci sənət ili layihəsi üçün birgə işlədiyimiz Harun Kolçak bir müddətdir mübarizə apardığı xəstəliyinə görə dünən gecə təcili xəstəxanaya aparılaraq ciddi əməliyyat keçirib... Reanimasiyadan çıxdıqdan sonra vəziyyəti barədə açıqlama verəcəyik".
Müğənninin prostat xərçəngi olduğu, əməliyyatdan sonra isə bağırsaqlarına infeksiya düşdüyü üçün vəziyyətinin ağırlaşdığı bildirilib.