Türkiyənin Avropa Birliyi naziri Egemen Bağış ölkənin "Eurovision" təmsilçisi Can Bonomonu qəbul edib.
AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, Bağış Can Bonomonun klipini bəyəndiyini deyib və Türkiyə təmsilçisinin müsabiqədə ölkəni uğurla təmsil edəcəyinə inandığını bildirib.
Egemen Bağış Ermənistanın "Eurovision"da iştirak etməməsinə münasibət bildirib. Nazir "Ermənistan "Eurovision"dan çəkilmək yerinə Qarabağdan çəkilsəydi, daha doğru olardı. Bir beynəlxalq böhran da həllini tapardı" deyib.