AZXEBER.COM portalı Türkiyənin Demokratik Liberal Partiyasının sədri Cem Tokerin Türkiyədə keçirilən parlament seçkilərindən sonra portalımıza verdiyi müsahibəni təqdim edir:
- Cem bəy, rəhbəri olduğunuz Demokratik Liberal Partiyası Türkiyədə keçirilən Parlament seçkilərində iştiralk etdi və çox aktiv bir dönəmi geridə qoyduz. Partiya olaraq bundan sonrakı fəaliyətinizi necə quracaqsınız?
Türkiyə siyasəti 1 noyabr seçkiləri ilə bərabər iki yerə ayrıldı: Məclisdə olan partiyalar və məclisdən kənar qalan partiyalar. Bu iki kateqoriya arasında uçurum biraz da çoxaldı. Səmimi deyim ki, qarşıdan gələn 4 il ərzində barajı keçə bilməyən partiyaların seçicilərin 10 faizinin səsini alacağı inandırıcı deyil, bu möcüzə olar. Ancaq ümidverici məqam odur ki, Türkiyədə sağ və ol partiyalar çoxdur lakin bir dənə Liberal Demokrat Partiya var. Biz də LDP olaraq siyasətə davam edib düzgün bildiklərimizi, millətimiz üçün xeyirli olacaq şeyləri olacaq deməyə davam edəcəyik. Biz millətə eşitmək istədiyini deyil, eşitmeyi lazım olanları dediyimizə görə çox populist ola bilmirik. Amma bir fakt var ki, liberal bir partiyaya Türkiyənin ehtiyacı var və bundan sonra da hər zaman ehtiyacı olacaq.
- Bir siyasi lider olaraq sizcə insanların ən çox nəyə ehtiyacı var?
Dünyanın hər yerində insanlar üçün hər şeydən öncə ədalət hissi gəlir. İnsanlar hər şeyi qəbul edər , amma ədalətsizliyi əsla. Ədalətin olması üçün insanlar hakimlərə, məhkəmələrə güvənməlidir. Belə bir şey olmasa insanların siyasətçilərə və dövlətə inamı itər. Bu baxımdan ədalət anlayışı çox önəmlidir. Sizin rəhəbəri olduğunuz partiyaya daha çox gənclər üzv olur .
- Sizcə bunun özəl bir səbəbi varmi ?
Bunun əsas səbəbi bizim partiyanın sloqanının insan azadlığının, müstəqilliyinin və sərbəstliyinin olmasıdır. Biz insanlar arasında fərq qoymuruq. Biz gənclərin nə istədiyini bilirik və onların istəklərini dilə gətiririk. Mən siyasətə, gənclərə xidmət etmək üçün gəlmişəm. Məhz bu səbəbdən də gənclərin olduğu hər yerdə biz varıq. Və onu da qeyd edim ki, LDP-yə 100 gənc üzv olursa onların 85-i CHP-dən gələn gənclərdir.
- Bir partiya sədri olaraq Türkiyə- Azərbaycan munasibətləri haqqında nə deyə bilərsiz?
İlk olaraq onu qeyd edim ki, təkcə Orta Doğuda deyil, Cənubi Qafqaz regionunda da çox həssas nöqtələr var. Bu səbəbdən də Türkiyənin bu bölgədə də sözünün və təsirinin artmasının tərəfdarıyam . Bildiyiniz kimi Rusiyanın Ermənistan üzərində çox böyük təsir gücü var. Və mən Cənubi Qafqazda yerləşən dövlətlərin öz aralarında anlaşmasının tərəfdarıyam. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan işğalı altındadır və 2 milyona yaxın insan öz torpağından didəgin düşüb... Mən Qərbin və ya Rusiyanın deyil, xalqların istədiklərini həyata keçirməsini arzulayıram. Amma bizim üçün Azərbaycanın yeri tam başqadır. Azərbaycan dost və qardaş ölkədir. Mən hər zaman çıxışlarda deyirəm ki, aqresiyanı, kini bir kənara qoyub ortaq nöqtəyə gəlmək lazımdır. Ermənistan işğalçılıq siyasətiylə öz ayağına güllə atır və əminəm ki, Ermənistan xalqı gec-tez siyasətçilərin səhvini anlayacaq və bu hərəkətlərindən əl çəkəcək.
Hacıbəy HEYDƏRLİ



