Türkiyəli tanınmış həkim “Qarabağ”ı ziyarət etdi

İDMAN
12:51 23.01.2012
1503

Dünən “Qarabağ” klubunun özəl qonağı olub.

AZXEBER.COM-un məlumatına görə, klubumuz artıq bir neçə ildir ki, Türkiyənin məşhur fizioterapevti Murat Şahinoğluyla əməkdaşlıq edir. “Qarabağ”ın düşərgəsinə gələn Murat bəy Rəşad Sadıqovu müayinə edib və ona xüsusi proqram təqdim edib. Eyni zamanda dizində müyyən problemi olan Qara Qarayev və başqa futbolçuların vəziyyəti ilə də maraqlanıb. Tanınmış həkim klubun rəsmi saytına belə danışıb: ““Qarabağ”ı həqiqətən çox sevirəm. Super insanların olduğu, möhtəşəm komandadır. Artıq 2 ildir ki, komandanın futbolçularını müayinə edirəm. Klub çalışanları olduqca mehriban və səmimi insanlardır. “Qarabağ” mənim üçün çox doğmalaşıb. Düzdü, uşaqların vəziyyətini yoxladım amma dostlarımı ziyarət etdiyimə görə daha çox məmnun oldum.”

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR