Türkiyəli yazar AZXEBER.COM-a təşəkkür etdi

Türkiyəli yazar AZXEBER.COM-a təşəkkür etdi
MEDİA
16:05 06.08.2014
2220
Türkiyəli tanınmış köşə yazarı, Bursahaber qəzetinin redaktoru Murat Sevinc AZXEBER.COM-a təşəkkürünü bildirib.
AZXEBER.COM xəbər verir ki, yazar son günlər cəbhədə baş verən hadisələri dolğun və dəqiq işıqlandırdığına görə minnətdarlığını bildirib.
Yazar portalımıza göndərdiyi məktubda cəbhə xəttində baş verənləri həssaslıqla izlədiyini və Türkiyənin hər zaman Azərbaycanın yanmıda olduğunu bildirib. O həmçinin qeyd edib ki, yaxın günlərdə bu məsələyə öz köşəsində də yer ayıracaq. 
Qeyd edək ki, son günlər cəbhə xəttdində yaranan gərginlikdən sonra AZXEBER.COM portalına ölkəmizə düşmən mövqedə olan Ermənistanla yanaşı qardaş Türkiyədən və digər ölkələrdən də giriş sayı xeyli çoxalıb. Dünən portalımıza 120 minə yaxın giriş olub. 
OXŞAR XƏBƏRLƏR