Qatarın paytaxtı Dohada Qatar Milli Konqres Mərkəzində keçirilən 38. Dünya Miras Komitəsi Yığıncağında, Türkiyədən, “Osmanlı İmperatorluğunun doğuşu sahəsi” olan Cumalıkızık ilə "“Çox qatlı mədəni Peyzaj yeri” olaraq da İzmir Bergama bölgələri Dünya Miras siyahısında daxil olunub.
YUNESKO-nun 1972-ci ildə qəbul etdiyi və 191 ölkənin tərəf olduğu "Təbii və Mədəni İrsin Qorunması Müqaviləsi" sində Türkiyədən Dünya Mirası Siyahısına bu günə qədər İstanbulun tarixi sahələri, Divriği Ulu Məscid və Daruşşəfası, Hattuşa, Nemrut Dağı, Xanthos-Letoon, Truva Arxeoloji Yuzerlər üçün, Göreme Milli Parkı və Kapadokya, Pamukkale Hierapolis, Safranbolu şəhəri, Edirne Səlimiyə Cami və Külliyesi, və Çatalhöyük Neolit daxil edimişdir.
Türkiyədən 11 bölgənin iştirak etdiyi siyahıya bu tarixi qərarla Bursa və Bergama da əlavə olunmuşdur.
Beləliklə, Türkiyənin Dünya Miras siyahısındakı mədəni və qarışıq miras sahəsi sayı 13ə yüksəldi.
Osmanlı Dövlətinin ilk paytaxtı olan və imperatorluğun quruluş dövrünə aid bir çox tarixi əsəri saxlayan Bursa, sənayesi və təbii gözəllikləri ilə də önə çıxmaqdadır. Bursansanın, 700 illik keçmişə sahib olduğu Cumalıkızık kəndi isə Osmanlı Dövrü konut toxumasını günümüzə qədər qorumuş olması baxımından indiyə qədər diqqət çəkicidir. Bursa və Cumalıkızık ticarət mədəniyyəti və şəhərə yaxın çöl həyatın davamlılığı ilə Osmanlı həyat vizyonuna yaxşı bir nümunə təşkil etməkdədir. "Bursa və Cumalıkızık: Osmanlı İmperatorluğunun Doğuşu" Dünya Miras Alanı üçün, Orhangazi Külliyyəsi və ətrafını içinə alan Hanlar Bölgəsi, Hüdavendigar (I. Murad) Külliyyəsi, Yıldırım (I. Bəyazid) Külliyyəsi, Yaşıl (I. Məmməd) Külliye, Muradiye (II. Murad) Külliyyəsi və Cumalıkızık Köyü olmaq üzrə altı komponentdən ibarətdir.
Adı gedən siyahıya alınan digər mədəni varlığı isə İzmir Bergamadır. Mədəni irsi və zənginlikləri ilə İzmirin tarixə açılan qapısı olan Bergama, Antik Çağda Pergamon adı ilə xatırlanır və Helenistik dövrün ən əhəmiyyətli mədəniyyət və sənət mərkəzlərindən biri sayılmaqdadır. Helenistik dövrün ən böyük kitabxanalarından birinin qurulduğu Bergama, mədəni peyzaj kateqoriyasında siyahıya alındı. Helenistik, Roma, Şərqi Roma və Osmanlı dövrlərinə aid layları içərisində saxlayan Bergama, Akropol, ətrafındakı yeddi ədəd Tümülüs və Kybele Müqəddəs sahəsi olmaq üzrə doqquz komponentdən ibarətdir.
Onu bildirək ki, tarixi və mədəni zənginlikləri baxımından əvəzsiz imkanlara sahib, Türkiyə 2 qarışıq (mədəni / təbii) 1 təbii və 49 mədəni olmaq üzrə 52 ədəd varlıq da UNESCO Dünya Miras Müvəqqəti Siyahısında iştirak etməkdədir.




