Türkiyənin daxili işlər naziri Azərbaycanda

Türkiyənin daxili işlər naziri Azərbaycanda
Bütün Xəbərlər
11:53 23.02.2012
1178
Türkiyənin daxili işlər naziri İdris Naim Şahinin Azərbaycana səfəri başlayıb.
Səfər Azərbaycanın daxili işlər naziri Ramil Usubovun dəvəti əsasında gerçəkləşib. AZXEBER.COM-un APA-a istinadən verdfiyi məlumata görə, dünən axşam radələrində ölkəmizə gələn DİN başçısının səfər proqramına Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, baş nazir Artur Rasizadə, daxili işlər naziri Ramil Usubov, ədliyyə naziri Fikrət Məmmədov, fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüş daxildir. Görüşlərdə iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın mövcud durumu və perspektivləri müzakirə olunacaq. Bundan başqa İdris Naim Şahin Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını, Türk Şəhidliyini ziyarət edəcək. Səfər bu gün başa çatacaq.
OXŞAR XƏBƏRLƏR