Türkiyənin Fransadakı səfiri Tahsin Burcuoğlu Fransa Senatında çıxış edib. Senatdakı sosialistlər Ankaranın mövqeyini öyrənmək üçün onu partiyalarının qrup toplantısına dəvət edib. Səfir Burcuoğlu 1915-ci il hadisələri ilə bağlı senatorlara ətraflı məlumat verib. O, deyib ki, sözügedən sənəd təsdiqlənərsə, bu, Türkiyə ilə Fransanın ikitərəfli əlaqələrinə ciddi zərər vuracaq. Türkiyə səfiri bu hadisələri araşdırmağın qanunverici orqanların deyil, tarixçilərin işi olduğunu bir daha diqqətə çatdırıb.