Türkiyənin məşhur aktrisasının əri öldürüldü - FOTO

MAQAZİN
10:24 27.01.2022
677
Türkiyənin məşhur aktrisası və aparıcısı Ece Erkenin əri, vəkil Şafak Mahmutyazıcıoğlu silahlı hücuma məruz qalıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında İstanbulun Bakırköy rayonunda qeydə alınıb. 
 
Restoranların birində naməlum şəxslərin silahlı hücumuna məruz qalan Şafak Mahmutyazıcıoğlu Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ece Erken Şafak Mahmutyazıcıoğlu ilə ötən ilin yayında evlənmişdi.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR