Türkiyənin məşhur müğənnisi otel otağında öldü - FOTOLAR

Türkiyənin məşhur müğənnisi otel otağında öldü - FOTOLAR
Bütün Xəbərlər
09:04 07.01.2012
3943

Türkiyənin tanınmış müğənnisi Azər Bülbül vəfat edib.

Antalyada 20 gündür səhnəyə çıxan müğənninin qaldığı oteldə cəsədi tapılıb. AZXEBER.COM portalının Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Azər Bülbülün oksigen çatışmazlığı səbəbilə öldüyü açıqlanıb.

Qeyd edək ki, Azər Bülbül 1969-cu ildə Türkiyə Qars vilayətinin Akyaka (Arpaçay) rayonunda dünyaya gəlib. Öz adı Sübutay Kesgin olan müğənni daha sonra ailəsi ilə birlikdə Almaniyaya köçüb. Sənət karyerasına “Qərib Yolçu” albomu ilə addım atan müğənni daha sonra “Yalan Olar”, “Mən Sənə Vurğunam”, “Fərat” kasetləri ilə yoluna davam edib. 1996-cı ildə çıxardığı “Mən Babayam” kaseti isə ona şöhrətin qapılarını açıb. Əsasən də bu albomda olan “Yaralandınmı ey can”, “Toxunmayın çox fənayam” və “Hər an hər şey ola bilər” mahnıları müğənninin pərəştişkarları tərəfindən çox sevilib.

OXŞAR XƏBƏRLƏR